İsrail Qəzzadakı genişmiqyaslı əməliyyatı ertələyib - “New York Times”

saytların hazırlanması

Evə çatdırılma

İsrail Qəzzadakı genişmiqyaslı əməliyyatı ertələyib - “New York Times”

Dünya

29 Oktyabr 2023 14:33 678


İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatı planlarını dayandırıb və ABŞ ilə razılaşaraq onları bir neçə məhdud əməliyyatla əvəz edib.

Yenisabah.az xəbər verir ki, bu barədə “The New York Times” amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, “ən azı ilkin mərhələdə daha məhdud quru əməliyyatları keçirmək qərarı ABŞ-nin müdafiə naziri Lloyd Ostinin israilli həmkarlarına bu yaxınlarda verdiyi təkliflərə uyğundur”. pizza hut

Məqalədə deyilir ki, İsrailin əməliyyatı ilə bağlı ilkin planlar ABŞ rəsmilərini narahat edib.

Pentaqonun nümayəndələri və amerikalı ekspertlərin fikrincə, İsrail mərhələli əməliyyat keçirir və bu əməliyyat zamanı Qəzzada HƏMAS yaraqlıları aşkar edildikdən sonra daha böyük qüvvələr işə düşəcək. Nəşr Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Mik Malroyun sözlərini sitat gətirib: “Zəif tərəflər və boşluqlar aşkar edilən kimi, əsas zərbə qüvvələr gətirilir”.

İraqda xidmət etmiş ABŞ-nin ehtiyatda olan generalı Frederik Hodces deyib ki, bu taktika İsrail qüvvələrinin “itkiləri məhdudlaşdırmaq, həmçinin binalara dəyən zərəri azaltmaq” üçün bir üsuldur./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!