İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir

saytların hazırlanması

Evə çatdırılma

İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir

Dünya

03 Sentyabr 2026 22:14 36


İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin xarici siyasətdə hazırkı əsas məqsədinin İranda hakimiyyət dəyişikliyinə nail olmaq olduğunu bildirib.

"Yeni Sabah" xəbər verir ki, Netanyahunun sözlərini İsrail Baş nazirinin ofisi yayıb.

“Mən bu təhlükəni birdəfəlik aradan qaldırmaq imkanımıza əminəm. Yəni bu rejimi devirmək. Bu, qarşımızda qalan əsas məqsəddir, lakin ona nail olmaq artıq yaxındır. Bu, qeyri-mümkün deyil. Tamamilə əlçatandır”, – deyə Netanyahu bildirib. Marqarita pizza

İsrailin Baş naziri İranın hazırda “heç vaxt olmadığı qədər zəif” olduğunu və “mövcudluğunu qorumaq uğrunda mübarizə apardığını” iddia edib.

Netanyahu İsrailin rəqiblərinə də müraciət edərək ölkəsinin hərbi gücə, qətiyyətə və daxili birliyə malik olduğunu vurğulayıb.

“Düşmənlərimizə deyirəm: bizimlə qarşıdurmaya girməyin. Əgər nəyisə öyrənmisinizsə, bu da bizimlə qarşıdurmaya girməməyin lazım olduğudur. Sizi məğlub etmək üçün gücümüz, qətiyyətimiz və daxili birliyimiz var”, – deyə o bildirib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!