İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 3 mini keçdi

saytların hazırlanması

Evə çatdırılma

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 3 mini keçdi

Dünya

18 May 2026 21:45 87


Livanda martın 2-də hərbi eskalasiyanın başlamasından bəri İsrailin zərbələri nəticəsində 3 020 nəfər ölüb, 9 273 nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"İsrail Hərbi Hava Qüvvələrinin hücumları zamanı son sutka ərzində 32 nəfər ölüb, daha 64 nəfər isə yaralanıb", - qurum dəqiqləşdirib. Marqarita pizza

Qeyd olunub ki, ölənlərin və xəsarət alanların sayı arta bilər, çünki Livanın cənubunda və şərqində bəzi yerlərdə dağıntıların aradan qaldırılması davam edir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!