İşsizlər üçün əla fürsət - 200-dən çox vakansiya var

saytların hazırlanması

Evə çatdırılma

İşsizlər üçün əla fürsət - 200-dən çox vakansiya var

Sosial

04 İyun 2024 13:14 12921


Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həmin rayonda növbəti əmək yarmarkası təşkil edəcək. 

Bu barədə Yenisabah.az-a nazirlikdən məlumat verilib. 

Qeyd olunub ki, yarmarka iyunun 6-da saat 10:30-dan 13:00-ə kimi Laçın şəhərində Seyrəngah adlanan ərazidə keçiriləcək.  Dördpendirli pizza

Tədbirdə işsiz və işaxtaran şəxslərə 20-dən çox müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən çox vakansiya təqdim ediləcək. 

Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumatlar da veriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!