İstanbulda deportasiya qurbanlarının qayıdışı ilə bağlı beynəlxalq konfrans keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda deportasiya qurbanlarının qayıdışı ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Sosial

03 İyun 2026 11:31 81


Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi "Soyqırımı və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrasını davam etdirir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir. Layihənin icrasında Türkiyə Respublikası Bolqarıstan Türkləri Mədəniyyət və Xidmət Dərnəyi (BULTÜRK) və Özbəkistan Respublikasının “Yüksək səlahiyyət” təşkilatı tərəfdaş qismində iştirak edəcəklər.

“Yeni Sabah” xəbər verir ki, layihə fəaliyyəti çərçivəsində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq platforma” adlı Beynəlxalq Konfrans keçiriləcək. Konfransda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin və türkdilli etnik xalqların dövlət və qeyri-dövlət qurumlarının təmsilçilərinin, Vətəndaş Cəmiyyəti İnstitutlarının, diaspora nümayəndələrinin və mətbuat təmsilçilərinin iştirakı nəzərdə tutulub. Bu istiqamətdə təşkilatın beynəlxalq təcrübəli ekspertləri tərəfindən təqdimatlar həyata keçiriləcək.

Bu məqsədlə Bakı şəhərində deportasiya və soyqırımı istiqamətində çalışan araşdırmaçılar, QHT rəhbərləri, dövlət qurumlarının və Qərbi Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə Dəyirmi Masa keçirilib. Dəyirmi Masanın əsas hədəfi İstanbulda baş tutacaq beynəlxalq konfrans öncəsi ekspertlərlə müzakirələr aparmaqdır. Bu, beynəlxalq konfransın daha da keyfiyyətli, səmərəli və əhatəli təşkili üçün əhəmiyyət daşıyır. pizza hut

Dəyirmi Masada Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin Prezidenti İlqar Hüseynli giriş və salamlama nitqi söyləmişdir. Daha sonra təşkilatın beynəlxalq məsələlər üzrə müavini Fərhad Qəşəmli layihənin məqsədləri barədə təqdimat edilib.

Dəyirmi Masada Qərbi Azərbaycan İcmasının üzvü Rauf Zeyni, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Xatirə Vəliyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli və İdarə Heyətinin üzvü Zaur İbrahimli və tanınmış ictimai-siyasi xadimlər iştirak edirdilər.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli çıxış edərək bildirdi ki, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin icra etdiyi fəaliyyəti sadəcə layihə icrası kimi deyil, bir proses kimi qiymətləndirmək olar. Artıq 4-cü ildir ki, təşkilat bu istiqamət üzrə yerli və beynəlxalq səviyyədə davamlı və faydalı işlər görür. O, layihənin növbəti mərhələsinin türkdilli auditoriyaya transferini yüksək qiymətləndirmiş və bir neçə təklif səsləndirilib. Bildirilib ki, bu xüsusda Qərbi Azərbaycana qayıdış prosesinin təqdimatı vacibdir və bu, bir hüquq məsələsidir. 3 istiqamət prinsipial olaraq prioritetdir: Tarixi faktlar, Mədəni irs və milli identifikasiya, hüquq məsələləri. Bunlar beynəlxalq səviyyədə təqdim olunmaqla Azərbaycanın milli maraqları qorunmalıdır.

Daha sonra tanınmış ekspertlər, QHT rəhbərlərindən Mirəli Hüseynli, Vüsalə Hüseynli, Zamin Zeynallı, İradə Rzazadə, Əhməd Abbasbəyli, Xatirə Vəliyeva, Aqil Camal, Rauf Zeyni və Aynurə Miriyeva çıxış edərək layihənin əhəmiyyətli olduğunu bildirmişlər və faydalı təkliflər səsləndirmişlər. Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin əməkdaşları tərəfindən bütün təkliflər toplanaraq layihənin strateji potensialının gücləndirilməsi məqsədilə müvafiq yol xəritəsinin hazırlanmasında istifadə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!