“İstəməzdim belə bir şərəfsizin rolunu oynayım...” - Tanınmış aktyor  + Video
30 Okt 2020 11:04
1199

“İstəməzdim belə bir şərəfsizin rolunu oynayım...” - Tanınmış aktyor + Video

Aktyor Müşfiq Şahverdiyev Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutyunyanı parodiya edib.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən sənətçi onun rolunu oynamaq istəmədiyini, amma bunu ermənilərin də gördüyünü nəzərə alaraq razılaşdığını bildirib:

“Araik Arutyunyanın andiçmə zalını belə dağıtmışıq. Bu gün artıq özü deyir ki, “Azərbaycan ordusunun bizə çatmağına 5 km qaldı”. Gəlirik belinizi qırmağa. İstəməzdim belə bir şərəfsizin rolunu oynayım, amma bilirəm ki, bu videonu ermənilər də görəcək. Güzgüyə baxıb özlərini görmürlərsə, qoy bu videoya baxıb görsünlər”.

Həmin görüntüləri təqdim edirik:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər