İsti hava Bakı sakinlərini çimərliyə axışdırdı – Polis hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

İsti hava Bakı sakinlərini çimərliyə axışdırdı – Polis hərəkətə keçdi

Sosial

09 Avqust 2026 16:15 85


İsti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, su hövzələrinə və digər istirahət məkanlarına kütləvi axını nəzərə alınaraq polis əməkdaşlarının həmin ərazilərdə fasiləsiz xidməti davam etdirilir.

DİN-in Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, paytaxt Bakı ilə yanaşı respublikanın bütün turizm zonalarında asayişin və təhlükəsizliyin təmin olunması, eləcə də nəqliyyatın hərəkətinin davamlılığı məqsədilə naryad qrupları ərazilərə təhkim olunub.

Polis əməkdaşları ictimai asayişin qorunması ilə yanaşı, vətəndaşların təhlükəsiz istirahətinin təmin edilməsi, mümkün xoşagəlməz halların qarşısının alınması və zərurət yarandıqda operativ müdaxilənin həyata keçirilməsi istiqamətində gücləndirilmiş rejimdə xidmət aparırlar. Dördpendirli pizza

Vətəndaşlardan istirahət zamanı təhlükəsizlik qaydalarına, xüsusilə çimərliklərdə müəyyən edilmiş qaydalara ciddi riayət etmələri, uşaqları nəzarətsiz qoymamaları, ictimai asayişi pozan davranışlardan çəkinmələri xahiş olunur.

Polis əməkdaşlarının qanuni tələblərinə əməl etməklə yanaşı hər hansı təhlükəli və ya şübhəli hal müşahidə etdikdə dərhal polisə məlumat vermələri tövsiyə edilir.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!