İsti havaya görə yayda keçiriləcək imtahanların saatı dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

İsti havaya görə yayda keçiriləcək imtahanların saatı dəyişdirildi

Sosial

06 İyun 2023 15:27 565


Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 11-də və daha sonrakı tarixlərdə, eləcə də iyul və avqustda keçiriləcək imtahanlar bu aylar üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

"İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar. Marqarita pizza

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Hər hansı bir imtahan üçün buraxılış vərəqələri imtahandan 5-7 gün öncə Mərkəzin saytına yerləşdirilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!