İsveç lideri Ukraynaya 47 milyon dollar hərbi yardım vəd edib.
“Yeni Sabah” xəbər verir ki, İsveçin Baş naziri Maqdalena Andersson ölkənin Ukraynaya həm hərbi, həm də mülki yardım da daxil olmaqla əlavə 1 milyard İsveç kronu (93,8 milyon dollar) yardım edəcəyini açıqlayıb.
Əlavə yardım paketinin yarısı - 500 milyon İsveç kronu (46,9 milyon dollar) hərbi yardım göstərəcək. pizza sifarişi
“Sərhədlər heç vaxt güc və ya müharibə yolu ilə dəyişdirilməməlidir. Sizi dəstəkləmək bizim borcumuz və şərəfimizdir”,-deyə Andersson Stokholmda mətbuat konfransında deyib.
Kuleba həmçinin Ukraynanın İsveçdən haubitsalar, hava hücumundan müdafiə sistemləri və daha çox mərmi təqdim etməsi tələbini də təkrarlayıb və “Müharibə davam etdikcə biz məlum səbəblərdən (Ukraynanı müdafiə) daha çox silah tələb edəcəyik”,- deyə əlavə edib.
Telegram kanalımız