“İti qovan” alt paltarına deyil, üst paltarına yazılmalıdır

saytların hazırlanması

Evə çatdırılma

“İti qovan” alt paltarına deyil, üst paltarına yazılmalıdır

Sosial

12 Oktyabr 2021 14:06 1271


Bir müddət əvvəl qələbədən sonra dəyişən obyekt adları ilə bağlı yazı dərc etmişdik. Yazıda qeyd olunurdu ki, müharibədən sonra bir çox əcnəbi məkan adları dəyişdirilərək, milliləşdirilib və bu çox qürurverici haldır. Lakin bir neçə gün əvvəl rastlaşdığım mənzərə ilə mənə məlum oldu ki, bu ad dəyişmə, yeni ad vermə məsələsini düzgün başa düşməyənlər də var.

Söhbət yuxarıda qeyd olunan şəkildən gedir. Şəkil Bakıda yerləşən mağazalardan birində çəkilib və sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Gördüyünüz kimi kişi alt paltarıdır və üst hissəsində “İti qovan” yazılıb. Hamıya məlumdur ki, bu şüar 44 günlük müharibədən yaddaşlarda qalan ifadədir. Sezar pizza

Bu ifadəni alt paltarının üzərinə yazmaz, bununla reklam aparmaq nə dərəcədə düzgündür?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu ad nə qədər çox yayılsa yaxşı olar, amma alt paltarları yox, üst paltarlarında.

““İti qovan” məna kəsb edən ifadədir. Yəni, sürətlə qovan deməkdir. Biznes qurumları hər bir haldan istifadə edib pul qazanmaq istəyirlər. Bunu bir brendə çevirə biləcəklərsə, üst paltarlarına, maykalara, papaqlara, kepkalara qoysalar, daha yaxşıdır. Alt paltarına qoyulması heç uyğun deyil”,-deyə bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!