İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib - Rəsmi

Sosial

01 May 2026 10:34 73


Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib.

"Yeni Sabah" xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytında 4005 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Onlardan 3999 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir.

I Qarabağ müharibəsində itkin düşən 3998 nəfərdən 3218 nəfəri hərbçilər, 781 (71 uşaq, 287 qadın, 334 qoca) mülki şəxsdir. İtkin düşən şəxslərdən 3711 nəfər kişi, 288 nəfər isə qadındır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşmüş 220 nəfər itkin-şəhidin şəxsiyyəti müəyyən edilərək dəfn olunması üçün ailələrinə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!