İtkin düşən qardaşı oğlundan danışdı: “Ailəsindən xəbərsiz getmişdi“

saytların hazırlanması

Evə çatdırılma

İtkin düşən qardaşı oğlundan danışdı: “Ailəsindən xəbərsiz getmişdi“

Şou

08 İyul 2021 17:24 1217


"Qohumlarım arasında müharibədə iştirak edənlər çox oldu. Biri yaralanıb gəldi, qazidir. Əmimin nəvəsi şəhid oldu".

Yenisabah.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova deyib. Müğənni bir müddət əvvəl qardaşı oğlu ilə bağlı dediklərinə münasibət bildirib. Qardaşı oğlu ikinci Vətən müharibəsində itkin düşən F.İbadova bunları əlavə edib:

"Bu haqda çox danışıb, reklam etmək istəmirəm. Bu mövzunu şou-biznesə qatmaq olmaz. Verilişdə də bir kəlmə dedim. Müharibə ərəfəsində ailəmizdən cəbhəyə yollanan çox oldu. Dayım nəvəsi Yusif idmançıdır. O da öz istəyi ilə müharibəyə getdi. İndi bir ayağı işləmir, gözünün biri görmür. Dövlət ona yardım edib, qayğısına qalır. Yusifə qazi olduğu üçün dövlət maddi yardım etmişdi. O da həmin pulu aparıb bir şəhid ailəsinə bağışladı. Müharibəyə gedəndə ancaq həyat yoldaşına deyib. Ona deyiblər, idmançısız, hələ gözlə. Yusif əlində kəfəni götürüb gedib ki, mən kəfənimi geyinib gedirəm, icazə verin. Toyuqlu pizza

Qardaşım oğlu xaricdə yaşayırdı. Sentyabrda müharibə başlayanda ailəsindən xəbərsiz gəlib Bakıya və gedib döyüşlərə qatılıb. İtkin düşüb, inanırıq ki, tezliklə bir xəbər alarıq".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!