“Ermənistan rəhbərliyi vəzifə kürsüsü uğrunda mübarizə aparınca, uşaqlarımızı geri qaytarsın”.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu itkin düşmüş hərbçinin anası Alla iyunun 2-də Rusiyanın Ermənistandakı səfirliyi yaxınlığında keçirilən etiraz aksiyası zamanı bildirib.
“Baş nazir bivec adamdır, arvadı ilə ad gününü qeyd etməyə getdi, qoy uşaqlarımızı tapsın. Rəhbərliyimiz vəzifə kürsüsü uğrunda mübarizə aparır, yalnız öz cibinə maraq göstərir. Yeganə ümidimiz Tanrıyadır. Sizsiz ölkə rəhbərliyi?! Uşaqlarımızı qurtarmaq və geri gətirmək əvəzinə stullarınızdan möhkəm yapışmısız! Baş nazir doğum gününü qeyd edir, bivec!”, – deyə 8 aydır oğlu haqqında heç bir məlumatı olmayan qadın hiddətlənib.
Telegram kanalımız