İtkin erməni hərbçi meyitlərinin sayı 1 500-ə çatır

saytların hazırlanması

Evə çatdırılma

İtkin erməni hərbçi meyitlərinin sayı 1 500-ə çatır

Hadisə

11 Mart 2021 10:48 833


Xocavənd rayonunda və digər ərazilərdə aparılan axtarışlar zamanı ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 6 erməni hərbçinin meyiti aşkarlanıb.

Yenisabah.az erməni mediasına istinadla xəbər verir ki, ölənlərin hamısı hərbi qulluqçulardır. Meyitlərin ekspertizasından sonra onların şəxsiyyəti müəyyənləşdiriləcək.

Bununla da Qarabağ və digər ərazilərdə aşkarlanmış itkin erməni hərbçilərin meyitlərinin sayı 1 496-ya çatıb. (Report)

Qeyd edək ki, bu göstərici yalnız müharibə zamanı itkin erməni düşmüş hərbçilərin saynı əks etdirir. Müharibənin başa çatmasından 4 ay keçməsinə baxmayaraq, Ermənistanın Müdafiə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olan hərbçilərin sayını bu günə qədər açıqlamayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!