IV Bakı Təhlükəsizlik Forumu keçirildi

saytların hazırlanması

Evə çatdırılma

IV Bakı Təhlükəsizlik Forumu keçirildi

Rəsmi

24 Sentyabr 2026 09:42 85


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə IV Bakı Təhlükəsizlik Forumu (BTF) keçirilib.

"Yeni Sabah" xəbər verir ki, tədbirin mövzusu "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" olub.

BTF çərçivəsində DTX və BMT-nin Terrorçuluğa Qarşı Mübarizə Ofisinin birgə təşkilatçılığı ilə "Operativ tərəfdaşlıqlar vasitəsilə milli terrorçuluqla mübarizə imkanlarının gücləndirilməsi" mövzusunda yan tədbiri baş tutub. pizza mizza

Müzakirələrdə müasir texnologiyaların doğurduğu terror təhdidlərinə qarşı effektiv milli, eləcə də beynəlxalq əlaqələndirmə mexanizmləri, habelə BTF-in platforması olan Antiterror Məlumat Mübadiləsi Sistemi (CTIES) kimi qabaqcıl alətlərin inkişaf etdirilməsinin zəruriliyinə toxunulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!