İyun ayında çalışanları əlavə istirahət günləri gözləyir. Rəsmi təqvimə əsasən, bu ay iki dəfə ardıcıl 3 günlük istirahət imkanı yaranacaq.
“Yeni Sabah” xəbər verir ki, 15 İyun – Milli Qurtuluş Günü bazar ertəsinə təsadüf edir. Bu səbəbdən 13 və 14 iyun tarixlərindəki həftəsonu ilə birlikdə vətəndaşlar ardıcıl 3 gün dincələcəklər.
Ayın ikinci uzunmüddətli istirahət dövrü isə 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı olacaq. Bayram günü cümə gününə düşdüyündən 27-28 iyun tarixlərindəki həftəsonu ilə birlikdə yenidən ardıcıl 3 qeyri-iş günü yaranacaq. Dominos pizza
Beləliklə, 5 günlük iş həftəsi ilə çalışanlar üçün iyun ayında həftəsonları və bayram günləri daxil olmaqla ümumilikdə 10 istirahət günü olacaq.
Telegram kanalımız