Jurnalistlər nə vaxtdan güzəştli ipoteka götürə biləcək?

saytların hazırlanması

Evə çatdırılma

Jurnalistlər nə vaxtdan güzəştli ipoteka götürə biləcək?

Sosial

14 Oktyabr 2022 16:59 971


Xəbər verdiyimiz kimi, bu gündən jurnalistlər və media subyektləri üçün Media Reyestri fəaliyyətə başlayıb. 

Media Reyestrində qeydiyyatdan keçən jurnalistlər və media subyektləri üçün bir sıra güzəştlər tutulub. Bunlardan biri və ən çox gözləniləni jurnalistlər üçün güzəştli şərtlər ipotekanın təqdim olunmasıdır.

Media Reyestri artıq istifadəyə verildi. Bəs jurnalistlər nə vaxtdan güzəştli ipoteka almaq üçün müraciət edə bilərlər? Toyuqlu pizza

Yenisabah.az xəbər verir ki, Agentliyin Kommunikasiya Şöbəsinin müdiri Səidə Şəfiyeva qeyd edib ki, əvvəlcə jurnalistin işlədiyi və ya əməkdaşlıq etdiyi media subyekti müraciət edərək media reyestrinə daxil olmalı və media subyekti şəhadətnaməsi almalıdır: “Bundan sonra jurnalist media reyestrinə daxil edilmək üçün müraciət edir. Müraciət qəbul olunduqdan və jurnalistə müvafiq vəsiqə verildikdən sonra jurnalist güzəştli ipoteka almaq üçün müraciət edə bilər. Bundan başqa müraciət edən şəxs güzəştli ipotekadan yararlanmaq üçün İpoteka və Kredit Zəmanət Fondunun ipoteka üzrə kriteriayalarına uyğun olmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!