Jurnalistlər üçün “Etika, müəllif hüquqları və jurnalistika” təlimi başa çatdı 

saytların hazırlanması

Evə çatdırılma

Jurnalistlər üçün “Etika, müəllif hüquqları və jurnalistika” təlimi başa çatdı 

Sosial

21 Noyabr 2022 13:23 688


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 40-a yaxın jurnalist üçün keçirilən “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlimlər yekunlaşıb. 

Təlimlərin ikinci günündə də Tülin Daloğlu tərəfindən jurnalistlərə “Media məzmununun etik və peşəkar şəkildə idarə edilməsi”, “Mənbənin konfidensiallığı: Etik və hüquqi məsələlər”, “Redaksiya siyasəti və jurnalist etikası: peşəkar dəyərlərin formalaşması”, “Müəlliflik hüququ: Eksklüziv hüquqlar və müəllif hüquqlarının pozulması” və s. mövzularda təlimlər keçirilib, interaktiv müzakirə sessiyaları olub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Jurnalistlər üçün keçirilən təlimlərin məqsədi jurnalist peşəsinin əsas prinsiplərinin, etika qaydalarının və müəllif hüquqlarının qorunmasının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyinin bir daha vurğulanmasıdır. pizza hut

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!