Jurnalistlər üçün ipoteka - Birliyin sədri açıqlama verdi

saytların hazırlanması

Evə çatdırılma

Jurnalistlər üçün ipoteka - Birliyin sədri açıqlama verdi

Sosial

29 Sentyabr 2022 12:23 831


Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli yeni konfiqurasiya edilmiş media reyestri barəsində bir sıra fikirlər söyləyib. Onun sözlərinə görə, media reyestrindən keçən jurnalistlərin sosial ipoteka almaq imkanı olacaq.

Maraqlıdır jurnalistlərin aldığı məvacib sosial ipoteka götürməyə imkan verirmi? Ümumiyyətlə, jurnalistlərin mənzil problemini necə həll etmək olar?

Əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Yenisabah.az-a açıqlamasında bildirib ki, mənzil problemini həll etmək çətin bir məsələdir, lakin məsələnin tədricən həll mümkündür: pizza hut

“Mənim zənnimcə, jurnalistlərə mənzil almaları üçün müəyyən şərait yaradılması Azərbaycan dövlətinin jurnalistlərə göstərdiyi növbəti qayğısıdır. Məvacibə gəlincə, bu miqdar şərait yaratmır ki, sosial mənzillər ipoteka ilə götürülsün”.

Həcər ƏMİRASLANLI


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!