Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var

Hadisə

16 Sentyabr 2026 14:19 74


ABŞ-ın Los-Anceles şəhərində jurnalistləri daşıyan helikopter qəzaya uğrayıb.

“Yeni Sabah” xəbər verir ki, NBC Los Angeles televiziyasının helikopteri şəhərdə baş verən avtobus qəzasını görüntüləmək üçün hadisə yerinə gedərkən hələlik müəyyənləşdirilməyən səbəbdən yerə düşüb.

Qəza nəticəsində helikopter iki konteynerin və bir avtomobilin üzərinə düşüb, daha sonra partlayıb. Hadisə yerindən yayılan görüntülərdə helikopterin qəza anından əvvəl qəfil silkələnməyə başladığı əks olunub. Pepperoni pizza

Təcili yardım və xilasetmə qrupları dərhal hadisə yerinə cəlb olunub. Qəza nəticəsində helikopterdə olan 3 nəfər həyatını itirib, bir nəfər isə yaralanıb.

Qəzanın başvermə səbəbi ilə bağlı araşdırma aparılır.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!