Kababçı qardaşı arvadını evdə başqa şəxslə tutdu...

saytların hazırlanması

Evə çatdırılma

Kababçı qardaşı arvadını evdə başqa şəxslə tutdu...

Kriminal

29 Avqust 2023 14:53 19592


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Zaman Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

“Yeni Sabah” Pravda.az-a istinadən xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, hadisə 3 yanvar 2023-cü il tarixdə, gecə saat 1 radələrində paytaxt ərazisində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Zaman Əkbərov evində olarkən onunla eyni həyətyanı sahədə yerləşən evdə yaşayan, həbsdə olan qardaşının həyat yoldaşının evinin pəncərəsinə yaxınlaşıb. Bu zaman evin içərisində yad kişinin - Hafiz Malikovun (şərti) olmasını görüb. O, pəncərəni sındırıb nə baş verdiyini aydınlaşdırmaq üçün hər iki şəxsi çölə çağırıb. Daha sonra təqsirləndirilən şəxs Hafizlə mübahisə edib. Nəticədə Zaman əlindəki şişlə zərərçəkmiş şəxsin qarın nahiyəsinə vurub. Daha sonra Hafiz hadisə yerindən qaçıb. Dominos pizza

Zaman Əkbərov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. O, məhkəmədə ifadəsində bildirib ki, toylarda kababçı işləyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!