Kadir İnanırın mirası ilə bağlı açıqlama: Bacısı oğulları danışdı

saytların hazırlanması

Evə çatdırılma

Kadir İnanırın mirası ilə bağlı açıqlama: Bacısı oğulları danışdı

Şou

24 Sentyabr 2026 14:11 58


Türkiyəli məşhur aktyor Kadir İnanırın vəsiyyətnaməsinin oxunması ilə bağlı məhkəmə prosesi davam edir.

“Yeni Sabah” xəbər verir ki, aktyorun bacısı oğulları Hüseyin Önder və Cevahir Önder mirasla bağlı gözləntilərinin olmadığını açıqlayıblar.

Cevahir Önder bildirib ki, onların məhkəməyə gəlməsi miras iddiası ilə bağlı deyil. Onun sözlərinə görə, məhkəmədən göndərilən bildirişə görə prosesdə iştirak ediblər. Pepperoni pizza

“Miras məsələsi bizi heç maraqlandırmır. Bizim üçün Kadir İnanır hər şeydən əvvəl ailəmizin böyük üzvü idi”.

Cevahir Önder həmçinin illər ərzində dayılarından onlara nə qalacağı barədə heç vaxt düşünmədiklərini vurğulayıb:

“Belə bir şey heç ağlımızın ucundan belə keçməyib”.

Hüseyin Önder isə Kadir İnanırın bir neçə vəsiyyətnamə hazırlaması ilə bağlı şərh verməkdən çəkinib. O, sənədlərin məzmunu açıqlanmadan hər hansı fikir bildirməyin doğru olmadığını deyib.

Qeyd edək ki, Kadir İnanırın vəsiyyətnaməsinin oxunacağı məhkəmə bəzi varislərə bildirişlərin çatdırılmaması səbəbindən dekabrın 17-nə təxirə salınıb. Aktyorun 2015-ci ildə bir, 2022-ci ildə isə iki vəsiyyətnamə hazırladığı bildirilir.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!