Kadırovdan şok: Priqojin qızına görə üsyan etdi

saytların hazırlanması

Evə çatdırılma

Kadırovdan şok: Priqojin qızına görə üsyan etdi

Dünya

25 İyun 2023 14:09 867


Çeçenistan rəhbəri Ramzan Kadırov “Vaqner” üsyanı barədə danışıb. 

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, əvvəllər Y.Priqojinə inandığını bildirib.

“Mən düşünürdüm, bəzi insanlara inanmaq olar ki, onlar vətəni ürəkdən sevirlər. Sən demə, şəxsi ambisiyalar və mənafe naminə insanlar vətən sevgisinə məhəl qoymaya bilirmişlər. Sezar pizza

Mən Priqojinlə danışdım, onu biznes ambisiyalarını kənara qoymağa razı saldım, düşündüm ki, o məni eşidər. Ancaq görünür, bu onun içində bütün müddət ərzində böyüyüb. Sahibkarlıqda uğursuz müqavilələr zənciri biznesmendə inciklik yaratdı. Bu inciklik Sankt-Peterburq rəhbərliyi onun qızına arzuladığı torpaq sahəsini təmin etməyəndə pik həddə çatdı”, – R.Kadırov qeyd edib.

O, həmçinin, bütün vaqnerçiləri yaxşı düşünməyə çağırıb:

“İndi hər şey sülhlə qurtardı, qan axmadan, ancaq bunlar baş verə də bilərdi”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!