Kamal Abdullanın qadınlarla bağlı fikirləri qalmaqal yaratdı – Keçmiş həyat yoldaşı...

saytların hazırlanması

Evə çatdırılma

Kamal Abdullanın qadınlarla bağlı fikirləri qalmaqal yaratdı – Keçmiş həyat yoldaşı...

Sosial

22 May 2026 13:09 286


Kamal Abdullanın qadınların əsasən evdə olub ailə və uşaqlarla məşğul olmasının cəmiyyət üçün daha faydalı olacağı barədə fikirləri günlərdir ki, müzakirə edilir. Xalq yazıçısının “qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər” açıqlaması xüsusilə sosial şəbəkələrdə və qadınlar arasında narazılıq doğurub.

“Yeni Sabah” xəbər verir ki, müzakirələr zamanı diqqət çəkilən məqamlardan biri də Kamal Abdullanın öz ailə mühitidir. Qadının əsas missiyasını daha çox ev və ailə ilə əlaqələndirən bu fikirlərin müəllifinin keçmiş həyat yoldaşı isə illər boyu ictimai və elmi fəaliyyətin ön sıralarında yer alıb.

Xalq yazıçısının keçmiş həyat yoldaşı Gövhər Baxşəliyeva uzun illər deputat olub, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışıb. Hazırda isə AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru və İctimai Elmlər Bölməsinin sədridir. Başqa sözlə, qadınların daha çox ev və mətbəx müstəvisində qalmasını faydalı sayan Kamal Abdullanın keçmiş həyat yoldaşı ömrü boyu məhz yüksək vəzifələrdə, elmi və ictimai fəaliyyət sahəsində tanınıb. pizza sifarişi

Məsələ ilə bağlı Gövhər Baxşəliyeva ilə əlaqə saxlayaraq bu açıqlamaya münasibətini öyrənmək istədik. O Musavat.com-a açıqlamasında,  “Mən jurnalistlərin suallarını cavablandırmıram”, deyə qısa cavabla kifayətlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!