Kamalın namizəd olmasına çox sevindik - Kılıçdaroğlunun qardaşı

saytların hazırlanması

Evə çatdırılma

Kamalın namizəd olmasına çox sevindik - Kılıçdaroğlunun qardaşı

Maraqlı

10 Mart 2023 15:10 673


Türkiyədə müxalif "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi Kemal Kılıçdaroğlunun Tuncelidə yaşayan təqaüddə olan müəllim qardaşı Yusuf Ziya Kılıçdaroğlu CHP sədrinin seçkilərdə iştirakı ilə bağlı təəssüratlarını bölüşüb. 

Modern.az xəbər verir ki, "Medyascope"a müsahibə verən Y.Z.Kılıçdaroğlu qardaşının namizəd olmasına çox sevindiklərini deyib. 

"Gələcəyimiz üçün, hamımız üçün yaxşı olacaq. Qardaşımla tez-tez görüşürük. Axırıncı dəfə zəlzələ ilə bağlı Malatyaya gələndə görüşmüşdük. Qalib gələcəyinə tam inanıram. Çox uğurlu prezident olacağına əminəm. Uşaq ikən də çox bacarıqlı idi. Türkiyə və millətimiz üçün xeyirli olsun", - deyə o bildirib.  Toyuqlu pizza

Qeyd edək ki, martın 6-da Kemal Kılıçdaroğlu "Millət İttifaqı"nın vahid namizədi elan olunub. Seçkilərin dəqiq tarixi bu gün açıqlanacaq, 14 maya təyin olunması gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!