Kambocadan oğurlanmış tarixi əşyalar geri qaytarıldı

saytların hazırlanması

Evə çatdırılma

Kambocadan oğurlanmış tarixi əşyalar geri qaytarıldı

Dünya

21 Fevral 2023 12:31 718


Kambocadan oğurlanmış tarixi daş-qaş kolleksiyası bu ölkəyə qaytarılıb.

Yenisabah.az "Guardian"a istinadla xəbər verir ki, bu barədə Kamboca Mədəniyyət Nazirliyi məlumat yayıb.

Tarixi ləl-cəvahiratları arasında “Anqkor” dövrünə (eramızın IX-XIV əsrlərinə) aid bir neçə tac, boyunbağı və amuletləri qeyd etmək olar. Məhz bu dövrdə Cənub-Şərqi Asiyada Kxmer imperiyası nüfuz sahibi idi. Marqarita pizza

Kambocanın Mədəniyyət Nazirliyi Britaniyanın əntiq əşyalar alverçisi Duqlas Latçfordun ailəsindən ölkəyə 77 əşyanın geri alındığını açıqlayıb.

Latchford 2020-ci ildə ABŞ-da tarixi eksponatların qaçaqmalçılığına görə məhkəmə zamanı vəfat edib.

1970-ci illərdə Kamboca qırmızı kxmer rejimi tərəfindən viran ediləndə minlərlə qədim əşyalar talan edilərək Tayland və Honq-Konqdakı dilerlər vasitəsilə Avropa və ABŞ-dakı zəngin alıcılara və muzeylərə satılıb.

Keçən il ABŞ  Kambocaya 30 tarixi əsər, o cümlədən hindu və buddist tanrılarının tunc və daş heykəllərini qaytarıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!