"Biz kamera qarşısında başından böyük danışan, insanları ağır cinayətlərə sürükləyən, bizi tanklarla Bakıya gələcəyi ilə hədələyən, sonra isə ağlayan çox erməni görmüşük".
Yenisabah.az xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev qeyd edib.
O, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın Qarabağa köçməsi və Azərbaycan dövlətinə meydan oxumasına münasibət bildirib:
"Onunla xüsusi xidmət orqanları məşğul olmalıdır. Çünki cəzasızlıq mühiti həm də digərləri tərəfiindən oxşar, daha ağır cinayətlərin baş verməsinə, insanların həyatını itirməsinə səbəb olan hərbi əməliyyatların keçiirlməsinə gətirib çıxarır. Ümid edirəm, onun bu çıxışı müvafiq dövlət orqanlarının diqqətindən kənarda qalmayıb".
Telegram kanalımız