Kamil Zeynallı Azərbaycana nə vaxt qayıdacaq? - Anasından AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Kamil Zeynallı Azərbaycana nə vaxt qayıdacaq? - Anasından AÇIQLAMA

Sosial

21 Fevral 2024 20:56 1778


Kamil Zeynallının anası Sahilə Zeynallı oğlunun azad olunmasından danışıb.

Yenisabah.az-a açıqlama verən Sahilə xanım oğlunun sərbəst buraxılması ilə bağlı çox sevindiyini bildirib. Azərbaycan xalqına təşəkkürünü ifadə edib. Oğluna və özünə dəstək verənlərə təşəkkür edib. 

"Gün ərzində mənə yüzlərlə dəstək zəngləri gəlib. Sevincimin həddi-hüdudu yoxdur. Millətimin ədalət hissini bir daha gördüm. Hər bir kəsə minnətdarlığımı bildirirəm" - Sahilə Zeynallı qeyd edib. Dördpendirli pizza

Anası Kamillə hələki danışa bilmədiyini bildirib: "Ona qarşı açılan cinayət işi ilə bağlı məsələnin nə yerdə qaldığından məlumatım yoxdur. Kamilin Azərbaycana nə vaxt qayıdacağını da bilmirəm". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!