Kamil Zeynallının anası ilə olan bu görüntüləri diqqət çəkdi –   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Kamil Zeynallının anası ilə olan bu görüntüləri diqqət çəkdi – VİDEO

Şou

18 Fevral 2025 17:39 396


Tanınmış fitnes məşqçisi Kamil Zeynallı anası ilə səmimi görüntülərini izləyiciləri ilə bölüşüb. İdmançı anasının yatdığı anları videoya çəkərək “İnstagram” səhifəsində yayımlayıb.

Yenisabah.az xəbər verir ki, Kamil Zeynallının paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb. Videoda anasının yorğun halda yatdığını göstərən məşqçi paylaşımına “Növbəmizi gözləyə-gözləyə yatmışıq” şərhini əlavə edib.

Sözügedən paylaşım qısa zamanda böyük marağa səbəb olub. İzləyicilər videoya müxtəlif şərhlər yazaraq Kamil Zeynallının anasına olan bağlılığını yüksək qiymətləndiriblər. Bir çoxları məşqçinin anası ilə münasibətini nümunəvi adlandırıb və onun valideyninə olan qayğısını tərifləyib. pizza hut

Qeyd edək ki, Kamil Zeynallı sosial şəbəkələrdə aktiv fəaliyyəti və ailəsinə olan sevgisini tez-tez nümayiş etdirməsi ilə tanınır. O, xüsusilə anasına göstərdiyi qayğı və diqqətlə izləyicilərinin rəğbətini qazanıb.

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!