“Kamran Əliyevin təyinatı korrupsiyaya qarşı mübarizə iradəsinin təzahürüdür” – Partiya sədri
02 May 2020 15:57
515

“Kamran Əliyevin təyinatı korrupsiyaya qarşı mübarizə iradəsinin təzahürüdür” – Partiya sədri

“Kamran müəllim olduqca bacarıqlı kadrdır və biz onun Baş prokuror təyin olunmasına sevindik”.

Yenisabah.az xəbər verir ki, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Kamran Əliyevin Baş prokuror təyinatını bu cür dəyərləndirib. O əlavə edib ki, Kamran Əliyevin Baş prokuror təyin edilməsi korrupsiyaya qarşı mübarizənin prokurorluq orqanları üçün prioritet vəzifə olacaq.

“Bu gün ölkədə ciddi islahatlar gedir. İslahatlara müəyyən badalaqlar var. Müsahibələrimin birində də qeyd etmişdim ki, gedən prosesləri geriyə çevirmək sabotaj halları belə, olacaq. Artıq icra başçıları, icra nümayəndələri həbs olunub. Koronavirus pandemiyasının tüğyan etdiyi bir dönəmdə Azərbaycan Prezidentinin tədbirlərini belə, badalaqla qarşılayanlar varsa, deməli, korrupsiyaya qarşı mübarizə ciddi şəkildə davam etməlidir. Bu gün Kamran müəllimin təyinatı həm də korrupsiyaya qarşı mübarizə iradəsinin təzahürüdür. Hesab edirəm ki, bu təyinatla korrupsiyaya qarşı mübarizə daha ciddi şəkildə davam edəcək. Həm kadr, həm yanaşma kifayət qədər uğurludur”, - deyə Fərəc Quliyev əlavə edib.

Oxşar xəbərlər