“Kanalların birində zəlzələni göstərdilər, kövrəldim. Bunu şişirtdilər...”

saytların hazırlanması

Evə çatdırılma

“Kanalların birində zəlzələni göstərdilər, kövrəldim. Bunu şişirtdilər...”

Şou

18 Fevral 2023 17:57 1113


"Kövrək insanlar uzunömürlü olur. Nəyisə ürəyimə salmıram. Bu, insanın ömrünü uzadır. Ağlayıram və rahatlaşıram. Deyirlər, filankəs infarkt keçirəcək. Bilsə ki, infarkt keçirəcək, ürəkdən ağlasa, keçər. Allah məni çox yaşatmaq istəyir, yəqin ona görə beləyəm. Ağlamaq müalicə metodudur".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Günün sədası" verilişində deyib. Müğənni bir müddət əvvəl efirdə ağlaması ilə bağlı yayılan xəbərdən danışıb:

"Kanalların birində zəlzələni göstərdilər, kövrəldim. Bunu şişirtdilər, yazdılar. İnsanlar evimizə gəlirdilər ki, sizə nə olub, necəsiniz? Top kimiyəm, nə şəkərim var, nə başqa xəstəliyim"./Axsam.az Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!