Ölkənin birinci bankı Kapital Bank Bakı Fond Birjasında 50 milyon manat həcmində istiqrazlarını qapalı yerləşdirmə üsulu ilə xarici institusional investora təqdim edərək vəsait cəlb edib. Bu, Kapital Bankın milli valyutada olan istiqraz vasitəsilə xarici bankdan vəsait cəlb etdiyi ilk əməliyyatdır.
Xarici bankın Kapital Bank-ın istiqrazlarına investisiya etməsi, bankın resurs bazasının diversifikasiyası ilə yanaşı, xarici investorlar üçün cəlbediciliyinin gücləndirilməsi baxımından da əhəmiyyət daşıyır.
Qeyd edək ki, Kapital Bank 2024-cü ildən etibarən yerli kapital bazarlarında aktiv fəaliyyət göstərir. Bu müddət ərzində Bank ümumilikdə 170 milyon ABŞ dolları və 260 milyon manat həcmində 11 istiqraz buraxılışını uğurla həyata keçirib. Əvvəlki istiqraz buraxılışlarına yerli investorlar tərəfindən formalaşan yüksək tələb bankın yerli kapital bazarındakı mövqeyinin möhkəmlənməsinə imkan yaradıb. Dominos pizza
Yeni istiqraz yerləşdirməsi ilə Kapital Bank investor bazasının coğrafiyasını genişləndirərək xarici maliyyə institutlarının da yerli kapital bazarı vasitəsilə banka vəsait yatırmasına imkan yaradıb. Xarici investorun iştirakı Azərbaycanın qiymətli kağızlar bazarının potensialının və yerli maliyyə institutlarına olan marağın artırılması baxımından da əhəmiyyətlidir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
Telegram kanalımız