“Kapital Bank”ın aktivləri 14 milyard manata yaxınlaşdı

saytların hazırlanması

Evə çatdırılma

“Kapital Bank”ın aktivləri 14 milyard manata yaxınlaşdı

İqtisadiyyat

14 Oktyabr 2026 16:29 55


“Kapital Bank” ASC 2026-cı ilin III rübünün (30 sentyabr 2026-cı il tarixinə olan) maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, bank cari ilin 9 ayını nəhəng artım templəri ilə başa vuraraq aktivlərini və depozit portfelini əhəmiyyətli dərəcədə böyüdüb. Hesabat dövrünün nəticələrinə əsasən, bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,85 milyard manatdan çox artaraq 13 milyard 919 milyon 541 min manat təşkil edib (ötən ilin eyni dövründə 12 milyard 64 milyon 364 min manat idi).

Bankda saxlanılan əmanətlərin həcmi də illik müqayisədə sürətlə artaraq 10 milyard 305 milyon 862 min manata yüksəlib (keçən ilin analoji dövründə 8 milyard 670 milyon 921 min manat). Bunun 4 milyard 95 milyon 139 min manatını əhalinin (fiziki şəxslərin), 6 milyard 210 milyon 723 min manatını isə şirkətlərin (hüquqi şəxslərin) depozitləri təşkil edib. Hesabat dövründə bankın cəmi öhdəlikləri 12 milyard 575 milyon 97 min manat, ümumi kapitalı isə ötən ilki 1,09 milyard manatdan 1 milyard 344 milyon 444 min manata yüksəlib. Kapitalın strukturunda bölüşdürülməmiş mənfəət 971 milyon 249 min manat təşkil edib ki, bu da bankın maliyyə dayanıqlığının nəzərəçarpan dərəcədə möhkəmləndiyini göstərir. pizza

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!