Karantin sərtləşə bilər: “...500-1000 nəfərlik toy ediblər”

saytların hazırlanması

Evə çatdırılma

Karantin sərtləşə bilər: “...500-1000 nəfərlik toy ediblər”

Sosial

27 İyul 2021 12:47 1936


“Hazırda yoluxma sayında artım müşahidə edilir. Narahatlığımız ondan ibarətdir ki, epidemioloji vəziyyət dəyişdiyi təqdirdə müəyyən tədbirlərin görülməsi zəruridir. Bununla bağlı artıq təcrübə ortadadır".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. Tibbi ekspert hesab edir ki, biz Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri əsasında hərəkət etməliyik: "Hətta bizdə Avropa ölkələrinin də təcrübəsi var. Bu təcrübə bizim üçün çox vacibdir. Bundan yararlanmaq lazımdır. Yoluxmanın daha da böyük rəqəmlərə çatmaması üçün yenidən karantin qaydalarının tətbiq edilməsi vacib ola bilər.

“Təmaslar minimuma endirilməlidir. Hazırda insanlar vaksinasiyaya daha çox təşəbbüs göstərir. Bizdə “Pfizer” vaksini çatışmazlığı yaşanır. Çünki bu vaksinə tələbat böyükdür. Buna görə də düşünürəm, dövlət müəyyən tədbirlərlə ölkəyə bu peyvəndin gətirilməsi istiqamətində işlər görəcək. Dördpendirli pizza

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri sırasında “Pfizer”, “Johnson & Johnson”, “AstraZeneca”, “Moderna” kimi peyvəndlərin adları var. Ona görə də hesab edirəm ki, bunların istifadəsi daha yaxşdır”.

Toylara icazə məsələsinə də toxunan Adil Qeybulla bildirib ki, əvvəldən məclislərin təşkil edilmə mexanizmi düzgün qurulmayıb:

“Bu toyların keçirilmə forması əvvəldən düzgün qurulmadı. Hazırda müxtəlif şayiələr gəzir ki, 500-1000 nəfərlik toy ediblər. Bunlar nə dərəcədə doğrudur, deyə bilmərəm, amma şayiələr hər zaman nəyəsə əsaslanır. Düşünürəm ki, toyların keçirilməsi mexanizmi tam detallı və yaxşı formada olsaydı, normal olardı. Hazırda isə açıq havada 100 nəfər adamla bu toyları təşkil etmək olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!