Karapetyanın partiyasından deputatlığa altı namizəd məsuliyyətə cəlb olundu

saytların hazırlanması

Evə çatdırılma

Karapetyanın partiyasından deputatlığa altı namizəd məsuliyyətə cəlb olundu

Dünya

06 İyun 2026 17:22 115


Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Güclü Ermənistan Partiyasından altı deputatlığa namizədin cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib.

Söhbət Vaqe Tavakalyan, Ayke Avakyan, Vaqe Yegiazaryan, Susan Badoyan, Aşot Saakyan və Artur Abramyandan gedir. Məlumata görə, Ermənistan İstintaq Komitəsi artıq onların saxlanılması barədə qərar qəbul edib. pizza sifarişi

Onlar "seçici rüşvətxorluğu və külli miqdarda çirkli pulların yuyulması" maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, Güclü Ermənistan Partiyasının lideri rusiyalı iş adamı Samvel Karapetyandır. Daha əvvəl təşkilat rəhbərinin ən yaxın adamlarından biri - Alik Aleksanyan da bu işlə bağlı həbs olunmuşdu./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!