Karlovı Varı aeroportu AZAL-la birbaşa reyslərin açılmasını müzakirə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Karlovı Varı aeroportu AZAL-la birbaşa reyslərin açılmasını müzakirə edəcək

İqtisadiyyat

12 Oktyabr 2026 12:26 80


Çexiyanın Karlovı Varı kurort şəhərinin hava limanı Azərbaycanla birbaşa hava əlaqəsinin təşkilinə maraq göstərir və Qafqaz və Yaxın Şərqdən turist axınının cəlb edilməsi üzərində fəal şəkildə işləyir.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, Karlovı Varı Hava Limanının baş və kommersiya direktoru Elis Yustina Undus bildirib.

O vurğulayıb ki, Şərqi Avropa və Qafqaz regionu ölkələrindən olan səyahətçilər arasında Karlovı Varı kurort regionuna ənənəvi olaraq tələbat olub: "Hava limanının administrasiyası birbaşa hava marşrutlarının təşkili məqsədilə Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL), həmçinin Azərbaycanın potensial loukost-daşıyıcıları ilə danışıqlar prosesinə başlamağı planlaşdırır. Biz Qərbi Bohemiyadakı möhtəşəm kurort regionumuzda Azərbaycandan olan qonaqların və turistlərin sayının artmasında son dərəcə maraqlıyıq". pizza hut

E.Undus qeyd edib ki, hazırda hava limanı əsasən Çexiya vətəndaşları üçün uçuş məntəqəsi kimi fəaliyyət göstərir: "Lakin rəhbərlik bu modeldə dəyişikliklər etməyi və hava limanının inkişafında yeni mərhələyə başlamağı qarşısına məqsəd qoyub".

Hava limanının rəhbəri son illərdə sərnişin axını strukturunda yaranan əhəmiyyətli dəyişikliklərə diqqət çəkib: "Hava limanı 2022-ci il hadisələrindən sonra Rusiyadan olan turistlərin axınının kəsilməsi nəticəsində strategiyasını Mərkəzi Asiya və Azərbaycan bazarlarına istiqamətləndirərək dəyişmiş şəraitə uyğunlaşmalı olub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!