“Ölkənin bank sektorunda kütləvi texniki nasazlıq yaşandı. Azərbaycan Beynəlxalq Bankı (ABB), "ExpressBank" və "AccessBank"ın kart əməliyyatlarında, eləcə də "Yelo Bank"ın mobil tətbiqində ciddi çətinliklər qeydə alındı. Nasazlıq nəticəsində vətəndaşların kart balanslarından əlavə və ya təkrarlanan vəsaitlər silindi. Banklar dərhal mobil tətbiqlər vasitəsilə bildiriş göndərərək məsələnin “üçüncü tərəfdən” qaynaqlandığını bəyan etdilər”.
“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib.
O qeyd edib ki, texniki problem banklardan qaynaqlanır: Sezar pizza
“Məsələnin texniki tərəfinə gəldikdə, prosessinq mərkəzi olan "Azəricard" MMC rəsmi açıqlama yayaraq problemin birbaşa onlardan qaynaqlanmadığını bildirdi: “Xəta banklararası hesablaşma fayllarının emalı (klirinq prosesi) zamanı ortaya çıxan dublikat əməliyyatlarla bağlıdır”.
İndi keçək məsələnin paradoksal tərəfinə:
"Azəricard"ın yaydığı məlumata əsaslansaq, problem banklardadır. ABB-nin yaydığı məlumata əsaslansaq isə problem sirli "üçüncü tərəfdədir". Əgər "Azəricard"da problem yoxdursa, deməli, eyni prosessinq mərkəzindən istifadə edən fərqli banklar eyni gündə, eyni anda və eyni saniyədə möcüzəvi şəkildə tamamilə eyni xətanı törədiblər.
Bankların günahlandırdığı o "üçüncü tərəf" isə sirr olaraq qalır. Bu naməlum tərəf ya qlobal ödəniş sistemləridir (yəni “Visa” və ya “MasterCard”), ya da ki... yəqin yenə günahkar bankın öz müştərisidir! Çünki görünən odur ki, ortada başqa bir "tərəf" tapmaq mümkün deyil.
Hazırda əməliyyatların ləğv edildiyi və balansların bərpa olunduğu bildirilsə də, bu rəqəmsal məsuliyyətsizliyin real müəllifinin kim olduğu sualı açıq qalır”.
Nazim Hacıyev
Telegram kanalımız