Kartof qızartması çoxlarının sevdiyi yeməklərdən biridir. Həmçinin, hazırlanması sadədir və əsasən az sayda inqrediyent tələb edir: kartof, yağ və bir az duz. Bir çox insan üçün sürətli yemək seçimidir. Ancaq onu yaxşı qızartmağı hər kəs yaxşı bacarmır. Bunun üçün bəzi məqamlara diqqət yetirilməlidir.
Yenisabah.az köməyinizə çatacaq 3 hiyləni sizə təqdim edir:
Buzlu suda islatma: Kartofu mineral suda saxladığınız kimi bol buzlu suda saxlaya bilərsiniz. Buzlu su kartofdan artıq nişastanı buraxacaq. Bundan əlavə, bu şəkildə kartof bişirərkən daha az yağ udur. Qızartmadan əvvəl kartofu qurutmağı unutmayın. Pepperoni pizza
Qazlı su: Digər təbii üsul isə kartofu qazlı suda islatmaqdır. Qazlı suda saxlanılan kartof bişdikdə xırtıldayan olur.
Limon sıxmaq: Kartofu qızartmağa kömək edəcək başqa bir təbii üsul, kartofu qızartdığınız yağın içinə bir neçə damcı limon sıxmaqdır. Limon kartofu daha xırtıldayan edəcək, həm də rəngini açacaq.
Aytac Şahin
Telegram kanalımız