“Kaş maşınıma yenə Könül Kərimova minəydi“ - Taksi sürücüsü

saytların hazırlanması

Evə çatdırılma

“Kaş maşınıma yenə Könül Kərimova minəydi“ - Taksi sürücüsü

Şou

18 Sentyabr 2021 13:12 13251


Əməkdar artist Könül Kərimova taksi sürücüsünə verdiyi bəxşişlə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, "Kulis.az" saytına açıqlama verən Kənan adlı taksi sürücüsü müğənni Könül Kərimova ilə bir xatirəsini bölüşüb.

O qeyd edib ki, taksi fəaliyyətinin başlanğıcında ilk müştərisi məhz Könül Kərimova olub: pizza hut

"Könül xanımı salondan restorana apardım, 5 manatlıq yola, çıxarıb 50 manat verdi. Elə sevindim, həmin günü heç işləmədim. Bir şans idi də mənim qismətimə düşdü. İndi hərdən işə çıxanda dua eləyirəm ki, yenə maşınıma Könül Kərimova minsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!