Kaxa Kaladze Bakının gözəlliyindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Kaxa Kaladze Bakının gözəlliyindən danışdı

Sosial

14 İyul 2021 07:57 832


“Əvvəllər nazir işləyəndə də Bakıya tez-tez gəlirdim. Bu şəhər memarlığı ilə ad çıxarıb. Son vaxtlarda Azərbaycan paytaxtında nəhəng dəyişikliklər baş verib”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Bakıya səfərə gələn Tbilisi şəhərinin meri Kaxa Kaladze jurnalistlərlə verdiyi müsahibədə bildirib.

Ölkəsində Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verildiyini deyən qonaq Bakıda onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, bu səfərin iki paytaxt şəhər arasında münasibətlərin daha da inkişafı üçün böyük rol oynayacağını bildirib. pizza mizza

Gürcüstan paytaxtının meri həmçinin Bakının gözəlliyinə valeh olduğunu deyərək şəhərdə görülən quruculuq, yaşıllaşdırma və abadlıq işlərinə yüksək qiymət verib.

“Bakı çox təmiz şəhərdir. Bu şəhər gözəlliyi, mədəniyyəti, burada yaşayan insanları ilə seçilir” – deyə qonaq fikrini çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!