Keçən il qızlar oğlanlardan yaxşı nəticə göstərib

saytların hazırlanması

Evə çatdırılma

Keçən il qızlar oğlanlardan yaxşı nəticə göstərib

Sosial

05 İyun 2023 13:17 548


Şagirdlərimizin beynəlxalq nəticələrinə uyğun olaraq qiymətləndirmə aparacağıq. 

Yenisabah.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib. 

"Məzmun, keyfiyyət istiqamətində yeniliklərin ibtidai siniflərdən başlanmasına qərar verdik. Sertifikasiya imtahanı da ibtidai sinifdən başlayacaq. Bu peşə qanunlarına uyğun olmayanlarla yollarına davam edə bilmir. Keyfiyyət islahatları buradan başlayıb. 4-cü siniflərdə monitorinq imtahanları keçirilir və bundan sonra da keçiriləcək. Burada məqsəd həmin şagirdlərin 5-ci sinifə necə hazırlığını yoxlamaqdır. Burada biz oxuyub-anlamanı və riyazi bacarıqlarını yoxlayırıq", - deyə o vurğulayıb. Sezar pizza

Nazirlik rəsmisi qeyd edib ki, iyun ayının 10-da bütün 4-cü sinif şagirdləri arasında qiymətləndirmə aparılacaq. Təxminən 150 min şagird prosesə cəlb olunacaq.  

"Nəticələr iki istiqamətdə təhlil olunacaq. Bəlkə müəllim yaxşı tədris edə bilmir. Əgər belədirsə, onlar təlimlərə cəlb olunacaq. Belə deyilsə, şagirdlərin problemlərinin üzərinə indidən məktəblərin yönləndirilməsini hədəfləyirik".

Elnur Əliyevin sözlərinə görə, keçən il  4-cü sinif şagirdləri arasında qızlar oğlanlardan yaxşı nəticə göstərib.

Bununla yanaşı, ötən il Azərbaycan bölməsi rus bölməsindən daha yaxşı nəticə əldə edib. Bu imtahanlar sinifdə qalmaya təsir etməyəcək", - deyə o vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!