Keçmiş arvadını və qayınanasını öldürən şəxs özünü avtobusun altına atıb - DİN

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş arvadını və qayınanasını öldürən şəxs özünü avtobusun altına atıb - DİN

Kriminal

17 Oktyabr 2019 11:03 1384


Daxili İşlər Nazirliyi (DİN) Bakıda keçmiş arvadını və qayınanasını öldürərək yandıran şəxslə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, oktyabrın 16-da Binəqədi rayonu ərazisində Təranə İsmayılovanın yaşadığı evə gələn keçmiş əri, əvvəllər məhkum olunmuş V.Hüseynov münaqişə zəminində onu və orada olan bibisi Luiza İsmayılovanı bıçaqla qətlə yetirib, evi isə yandırıb.

V.Hüseynov sonra "Azadlıq" prospektində özünü avtobusun altına atıb. pizza sifarişi

Polis əməkdaşlarının nəzarəti altında V.Hüseynov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!