Keçmiş “dəyirman“çı banklardan şikayətləndi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş “dəyirman“çı banklardan şikayətləndi

Şou

03 İyul 2023 13:35 1086


Müğənni ABD Malik Kələntərli banklardan şikayətlənib.

Yenisabah.az Axşam-a istinadla xəbər verir ki, sənətçi bir çox bankın yüksək faiz çıxmasını tənqid edib.

O bildirib ki, banklar bildiriş mesajları üçün tutulan faizi qaldırıblar: Pepperoni pizza

"Bank sahiblərinə və işçilərinə maraqlı sualım var. Müştəri olduğum bankın sms xəbərdarlıq sistemi əvvəllər 1 manat idi. Sonra bir müddət keçdi 2 manat oldu. Bu gün elan gəlib ki, sms bildirişlərin qiyməti artıq 3 manat olacaq.

Yaxşı... Bir sualım var, bu sms bildirişlər və xəbərdarlıq sistemi benzinlə işləyir, xaricdən gəlib gömrükdə dayanır, onu yaratmaq üçün hansısa kimyəvi maddələrdən istifadə etmək lazımdır? Yox... Ola bilsin ki, mən nələrsə bilmirəm, üzr istəyirəm. İzah edin bilək, bu sms xəbərdarlıq və bildiriş sisteminin qiyməti nəyə görə qalxır? Niyə?"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!