Türkiyəli müğənni Murat Dalkılıç keçmiş həyat yoldaşı, aktrisa Merve Boluğurla bağlı sosial mediada yayılan fikirlərə münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, sənətçinin Özgü Kaya ilə münasibəti ilə bağlı paylaşımına yazılan şərhdə onun keçmiş evliliyi və yaşadığı sağlamlıq problemləri arasında əlaqə yaradılıb.
Bu fikirlərə sərt reaksiya verən Dalkılıç insanların onun həyatı barədə kənardan özlərinə görə hekayə qurduğunu bildirib. Toyuqlu pizza
“Qurduğunuz hekayənin mənim həyatımda təəssüf ki, zərrə qədər də gerçəkliyi yoxdur. Mənim hekayəm sizin düşündüyünüz kimi deyil”, – deyə müğənni qeyd edib.
Dalkılıç həmçinin sağlamlıq problemlərinin keçmiş həyat yoldaşı ilə münasibətinə bağlanmasına etiraz edib. O, bu hadisəni “ilahi ədalət” kimi təqdim edənlərə də cavab verib.
Qeyd edək ki, Murat Dalkılıç və Merve Boluğur 2015-ci ildə evlənib, 2017-ci ildə razılaşma əsasında boşanıblar.
Aydan Hacı
Telegram kanalımız