Keçmiş komandası Qurban Qurbanovu təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş komandası Qurban Qurbanovu təbrik etdi

İdman

30 Yanvar 2026 01:31 562


UEFA Çempionlar Liqasının pley-off mərhələsinə adlayan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovu keçmiş komandası "Baltika" təbrik edib.

"Yeni Sabah" xəbər verir ki, təbrik Rusiya klubunun "Instagram" hesabında paylaşılıb.

"Dünən axşam Azərbaycanın "Qarabağ" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsinə rəsmi olaraq çıxdı. Bunun bizim klubla nə əlaqəsi var? Cavab veririk: Ağdam komandasına "Baltika"nın keçmiş oyunçusu məşqçilik edir!", - deyə Kalininqrad təmsilçisinin paylaşımında vurğulanıb. Marqarita pizza

Xatırladaq ki, Qurban Qurbanov 1999-cu ildə "Baltika"nın heyətində 14 matç keçirib və bir qol vurub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!