Keçmiş məhkum “Kalaşnikov”la tutuldu   - Video

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkum “Kalaşnikov”la tutuldu - Video

Kriminal

15 Fevral 2022 10:12 657


Bakıda keçmiş məhkum “Kalaşnikov”la saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Rahim Şəfəqqətov saxlanılaraq Polis Bölməsinə gətirilib. pizza sifarişi

Onun üzərinə baxış zamanı 3 ədəd parton aşkar edilib.

Saxlanılan şəxs ifadəsində yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsində odlu silah-sursat gizlətdiyini qeyd edəndən sonra həmin ünvana da baxış keçirilib.

Oradan isə Rahim Şəfəqqətova məxsus 1 ədəd atəşə yararlı “AK-74” markalı avtomat silah, 1 ədəd daraq və 2 ədəd parton aşkar olunaraq götürülüb.

Rahim Şəfəqqətov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək gizlətdiyini bildirib.

Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Rahim Şəfəqqətov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!