Keçmiş məhkumda heroin və saxta əskinas aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkumda heroin və saxta əskinas aşkar edildi

Kriminal

09 Noyabr 2019 09:40 927


Bakıda keçmiş məhkumda heroin və saxta əskinas aşkar edilib.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş A.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb. pizza hut

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

A.Cavadovun “BMW” markalı avtomobilinə baxış zamanı isə oradan 7 ədəd 50 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!