Keçmiş nazir 30 il sonra Elçibəylə bağlı bu sirri açdı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş nazir 30 il sonra Elçibəylə bağlı bu sirri açdı - Video

Sosial

08 Dekabr 2023 11:49 28404


"Elçibəy ya qorxurdu, ya da istəmirdi ki, test imtahanları olsun".

Yenisabah.az xəbər verir ki, bunu keçmiş təhsil naziri Firudin Cəlilov BBC Azərbaycan-a geniş müsahibəində deyib.

Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanda test üsulu ilə imtahanların keçirilməsinin təşəbbüsü özünə məxsus olub: Toyuqlu pizza

"Əbülfəz Elçibəy soruşdu ki, nə etmək istəyirsən? Dedim ki, test imtahanı keçirtmək istəyirəm. Baxdı-baxdı, sifətini də turşutdu. Halbuki bu barədə İsa Qənbərlə, Pənah Hüseynlə danışmışdım.

Elçibəy məni hamının yanında aşağıladı. Pis oldum, çünki hamının yanında məni pərt eləmişdi. Rus demişkən, mənimlə "razborka" apardı.

Dedim ki, bu nə sözlərdir mənə deyirsən?! Yenə ciddi-ciddi dedi ki, sözümü dedim də!

Sonralar Elçibəy fikrini dəyişdi. Xəbər göndərdi ki, o test dediyin testi həyata keçirək.

Mən o vaxt universitetdə (BDU-da - red.) işləyirdim. Aspiraturatan başlayaraq təhsil sisteminin içində olmuşam. Hər ildə olmasam, 2 ildən bir məni qəbul imtahanları komissiyalarına salırdılar. Girirsən otağa, təxminən 30 nəfərdən imtahan götürürsən. İmtahan zamanı ümumi siyahıdan başqa sənə xüsusi siyahı gətirirdilər ki, bu adamlar yüksək qiymət almalıdırlar. Yəni "kvota" olurdu. Biri Xalq yazıçısının qızıdır, ziyalıdır, o biri raykomun oğludur, digəri Mərkəzi Komitədə işləyənin... "

F.Cəlilov əlavə edib: "1980-ci illərin ortalarında çox biabırçı vəziyyət yaranmışdı. "Xüsusi siyahılar" o qədər böyümüşdü ki, ancaq "tapşırıq"la qəbul olunurdular. Qıraqda qalanlar illərlə qəbula gəlir və ali məktəbə daxil ola bilmirdilər".  

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ramiz Chodarov
    Bu testdən sonra Azərbaycan daha da inkişaf etməkdənsə,dala gedir! Indi tapşirilan yoxdur? Təhsili kor etmisiniz,atırsan ELÇIBƏYIN üstunə! Çox axmaq təhsil üsuludur!
    2 years ago
  • Haller
    1980...!!! Bu kimden qaynaqlanirdi?!
    2 years ago
  • Rəfael
    Əslində test imtahanına oxşar imtahan 1968-1969-cu illərdə Azərbaycan Neft və Kimya institunda başlayıb. Bir sual bir cavab.(3-5 sual) Biletlər avtomat qurğulardan götürülürdü.
    2 years ago
  • Kamil
    Elçibəyin günahı odur ki, Firudin Cəlilov kimilərini hakimiyyətdə olduğunu təsdiq edib. Firudin Cəlilov Azərbaycanın ən binamus nazirlərindən biridir. Mən Kamil Odər bunu təsdiq edirəm...
    2 years ago
  • Ağadədə
    Doğru yazıb 1980 cı illərdə Ali məktəbələrə pulu olanlar daxil olurdu Mən 1981 ci İldə Nəriman Nərimanov adına Tibb institunda imtahan verəndə Müəllim dedi hazırlıqsız cavab verən bir bal üstün alır Mən hazırlıqsız cavab verdim Üç sualın üçünədə İmtahan vərəqimə baxıb dedilər heçnə yazmamısan 2 Bəs hazırlıqsız cavab verən vərəqə nə yazmalıdıt
    2 years ago