“Keçmiş xanımlarımın həyatlarını alt-üst etmişəm” - Müğənni

saytların hazırlanması

Evə çatdırılma

“Keçmiş xanımlarımın həyatlarını alt-üst etmişəm” - Müğənni

Şou

02 May 2025 13:14 370


Türkiyəli müğənni Ferhat Göçer "Empati" verilişinin qonağı olub.

Yenisabah.az xəbər verir ki, ifaçı 18 ildir sevgili olduğu Ömür Gediklə münasibətindən söz açıb:

"Sevgi xəstəlikli bir anlayışdır. Nəzarət altında saxlanılması lazım olan və nəzarət edilmədikdə sizi fəlakətə sürükləyə biləcək bir hissdir. Münasibətimizin ilk 7 ilini Ömürlə kor bir sevgi kimi yaşadım. Ruh əkizi anlayışını fantastik hesab edirəm. Ömürlə mənim heç bir ortaq cəhətimiz yoxdur. “Bu adamla 18 il necə bir yerdə ola bilərdi?” deyəcək qədər fərqliyik. Deməli, 18 ildir bizi bir yerdə saxlayan başqa nəsə var". Dominos pizza

F.Göçer "Evləndiyiniz üçün peşmansınız" sualına belə cavab verib:

"Peşmanlıqlarım var, amma evliliklərimlə əlaqəli deyil. İki dəyərli övladım var. Analarına minnətdaram, amma problem məndədir! Tam bir fəlakət olmuşam. Bəlkə də həyatlarını alt-üst etmişəm, bu mənim günahımdır! Birinci həyat yoldaşımla tanış olanda Ömürlə görüşsəydim, daha qısa olardı. Məndə şəxsiyyət pozğunluğu ola bilər".

Qeyd edək ki, F.Göçer 3 dəfə evlənib boşanıb./Axşam.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!