Kəlbəcər və Laçında 62 km-dən çox yeni təminat yolları çəkilib

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcər və Laçında 62 km-dən çox yeni təminat yolları çəkilib

Sosial

25 Avqust 2022 15:04 886


Kəlbəcər və Laçın rayonlarında 62 km-dən çox yeni təminat yolları çəkilib. 

Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən bir sıra strateji əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqların icrası davam etdirilir. Dördpendirli pizza

Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 62 km-dən çox yeni təminat yolları çəkilib.

Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə həyata keçirilən zəruri tədbirlər yüksək peşəkarlıqla yerinə yetirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!